Ronaldodan 700-cü qol - "Rekordlar özü məni tapır"

15.10.2019 18:01

AÇ-2020-nin seçmə mərhələsində Ukrayna ilə qarşılaşmada Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo karyerasının 700-cü qoluna imza atıb.

Qarşılaşmanın 78-ci dəqiqəsində penaltidən fərqlənən 34 yaşlı futbolçu 700-cü qolu 973-cü oyununda vurub. Ronaldo bu qarşılaşmalarda 218 assist edib, 54 het-trik reallaşdırıb.

Ronaldo şəxsi rekordu ilə bağlı bunları deyib:"Nə qədər rekordumun olduğunu bilmirəm. Mən sadəcə, anı yaşamağa çalışıram. Mən rekorda getmirəm, rekordlar özü məni tapır. Bu, təbii gedən bir prosesdir, qarşıya məqsəd qoymaqla olmur. Ümid edirəm ki, "Yuventus"da 701ci qolu vuracam”.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR