“Barselona” Markus Reşfordu transfer etmək istəyir

15.10.2019 17:56

İngiltərə millisinin və "Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford karyerasını İspaniyada davam etdirə bilər.

"Barselona” hücumçunu heyətinə qatmaq niyyətindədir.

Kataloniyalıların bu istəyinə 21 yaşlı hücumçunun məhsuldarlığı səbəb olub. 180 oyunda 48 qol vuran M.Reşford bu toplardan 8-ni İngiltərə yığmasında vurub.

"Barselona” hücumçunu Luis Suaresin əvəzləyicisi kimi görür. Lakin ingiltərəli Mançester təmsilçisi ilə yeni müqaviləyə bu ilin yayında imza atıb. Bu anlaşma 2023-cü ilin iyununa qədər nəzərdə tutulub.//Apa.az

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR