“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub

13.10.2019 13:43

Oktyabrın 13-də Formula 1 üzrə dünya çempionatının 17-ci mərhələsinin - Yaponiya Qran-Prisinin qalibi müəyyənləşib.

"Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas finiş xəttinə birinci çatıb.

Bu mərhələdə ikinci yeri "Ferrari”nin alman pilotu Sebastyan Fettel, üçüncü yeri isə "Mercedes”in üzvü Luis Hemilton tutublar.

Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti – 18-ci mərhələsi oktyabrın 25-27-də Meksikada keçiriləcək.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR