Türkiyə millisinin hərbi salamı UEFA tərəfindən araşdırılacaq

13.10.2019 11:39

UEFA-nın Əlaqələr üzrə direktoru Filip Taunsend mətbuata açıqlamasında Türkiyə-Albaniya matçında sonuncu dəqiqələrdə Türkiyə millisinin vurduğu qoldan sonra oyunçuların azarkeşlərə verdiyi hərbi salam jestini araşdıracaqlarını bildirib.

O, həmin jesti görməsə də, provakasiya ola biləcəyini düşünür. Taunsend UEFA-nın siyasi və dini mənalı hərəkətlərə icazə vermədiyini, buna görə də həmin hərəkətin məqsədinin araşdırılacağını qeyd edib.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR