Braziliya milli komandasının sabiq futbolçusu karyerasını bitirib

09.10.2019 16:14

Braziliya milli komandasının və İtaliyanın "Roma” klubunun sabiq üzvü Mişel Bastos futbolçu karyerasını bitirib.

Xezerxeber.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "İnstagram” səhifəsində məlumat yayıb. Son olaraq Braziliyanın "Ameriko” komandasında çıxış edən Bastos sentyabrdan azad agent statusuna malikdir.

Qeyd edək ki, 36 yaşlı futbolçu karyerası ərzində "Lill”, "Lion”, "Roma”, "Şaxtyor” və "Şalke” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi iştirak etdiyi 418 oyunda 93 qol vurub və 40 məhsuldar ötürmə edib.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR