Fatih Terim istefa verə bilər

09.10.2019 15:08

Türkiyənin məşhur futbol məşqçisi Fatih Terim növbəti dəfə "Qalatasaray”dan gedə bilər. Qardaş ölkə mətbuatı mütəxəssisin istefa ərizəsini hazırladığını bildirir.

Terimin "Qalatasaray”dan getməsi gündəmə gəlib. Türkiyəli mütəxəssisin İstanbul klubunda işləri yaxşı getmir. Çempionatın ilk 7 turundan sonra "Qalatasaray” 10-cu pillədə qərarlaşıb. İstanbul təmsilçisi birinciliyin ən az qol vuran klublarındandır. Halbuki transfer dövründə hücum xətti də gücləndirilmişdi. İndi "Qalatasaray”ın cəmi 10 xalı var.

Çempionlar Liqasında da işlərin çox yaxşı getdiyini demək olmaz. "Qalatasaray” 2 oyunda 1 xal toplayıb.

Terim mövsümün əvvəlində Türkiyə Futbol Federasiyasına bir çox ittihamlar ünvanlaması ilə fərqlənib. Gah hakimləri ittiham edir, gah da futbol funksinerlərini günahlandırır. Bu gedişlə Terim klubda çox qalmayacaq.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR