Tomas Müller "Bayern"dən ayrılır

09.10.2019 14:54

Tomas Müller 19 illik "Bayern" karyerasına son qoya bilər.

"Bild" xəbər verir ki, 30 yaşlı hücumçu ehtiyatda qalmaq istədiyi üçün bu düşüncədədir. Komandanın baş məşqçisi Niko Kovaç son beş oyunda Müllerə şans verməyib. Bu səbəbdən almaniyalı futbolçu qışda klubu tərk edə bilər.

Müllerin Münhen təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Bayern"in yetirməsi 2008-ci ildən əsas komandada çıxış edir.

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR