Löv qapıçı qalmaqalına nöqtə qoydu

09.10.2019 14:50

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Argentina ilə yoxlama oyunundan öncə açıqlama verib.

59 yaşlı qapıçı Almaniya millinin əsas qapıçısının Manuel Noyer olduğunu deyib:

"Noyer bizim kapitanımız və əsas qapıçımızdır. Bunu daha öncə də söyləmişəm".

Yığmanın ötən toplanışında Mark-Andre ter Şteqen "bir nömrə" olmadığı üçün etiraz etmişdi. "Barselona"nın qapıçısı jurnalistlərin suallarını cavablandırarkən Manuel Noyerlə yaxşı münasibətinin olduğunu bildirib:

"Üzərimdə təzyiq hiss etmirəm. Əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Hər zaman bütün futbolçular özünü oyunda isbatlamaq istəyir. Bu qədər sadə. Mənim də vəziyyətim belədir. Mümkün olduğu qədər yaxşı performans sərgiləməliyəm. Belə halda baş məşqçini qərar verməkdə çətinləşdirə bilərəm. Noyerlə problem yoxdur, hər gün danışırıq. Yaxşı və peşəkar münasibətlərimiz var".

Argentina ilə oyunda Almaniya millisinin qapısını Mark-Andre ter Şteqen qoruyacaq.

© xezerxeber.az


203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR