Super Liqa klubu baş məşqçisini qovdu

09.10.2019 11:46

Super Liqa təmsilçisi "Dənizlispor" baş məşqçisi Yücəl İldizlə yollarını ayırıb.

Fanat.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb komandanın uğursuz çıxışları olub.

Klubun açıqlamasında komandanın vəziyyətinin idarə heyəti tərəfindən qiymətləndirildiyi və 66 yaşlı çalışdırıcının müqaviləsinin birtərəfli olaraq ləğv edildiyi bildirilib.

Qeyd edək ki, "Dənizlispor" Superliada 7 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR