“Lion” klubu baş məşqçisi ilə yollarını ayırıb

08.10.2019 13:57

Fransanın "Lion” futbol klubu baş məşqçisi Silvinyo ilə yollarını ayırıb.

Xezerxeber.az xəbər verir ki, 45 yaşlı braziliyalı mütəxəssis komandanın Fransa çempionatında uğursuz çıxışı səbəbindən istefaya göndərilib. Baş məşqçi vəzifəsini müvəqqəti olaraq Silvinyonun köməkçisi Jeral Batiklin yerinə yetirəcək.

Qeyd edək ki, Lion təmsilçisi ölkə çempionatında 9 turdan sonra 9 xalla 14-cü pillədə qərarlaşıb.

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR