32 ölkədə 55 komandanı çalışdırmış məşqçi dünyasını dəyişib

16.09.2019 14:36

Məşhur futbol məşqçisi Rudi Qutendorf vəfat edib.

APA-nın məlumatına görə, karyerası ərzində 32 ölkədən 55 komandanı çalışdırması ilə Ginnesin rekordlar kitabına düşən almaniyalı mütəxəssis 93 yaşında ölüb.

Məşqçi fəaliyyətinə 1946-cı ildə başlayan R.Qutendorf 2003-cü ilə qədər davam edən 57 illik fəaliyyətində bütün Konfederasiyalarda – Avropa (UEFA), Asiya (AFK), Afrika (CAF), Cənubi Amerika (KONMEBOL), Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF), həmçinin Okeaniyada (OFK) işləyib. Onun karyerasında "Ştutqart”, "Hamburq” və "Herta” kimi Bundesliqa klubları da olub.

Almaniyalı Çili, Boliviya, Avstraliya və Qana kimi bir sıra yığmalarda da çalışıb. Onun son iş yeri Samoanın gənclər millisi olub.

© xezerxeber.az


128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR