De Xea Poqba ilə eyni maaş alacaq

12.09.2019 11:59

İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlar aparır.

"The Guardian" xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı qapıçının həftəlik maaşını 290 min funt-sterlinq edəcək. Bu halda onun məvacibi komanda yoldaşı Pol Poqbayla eyni olacaq.

De Xea"Mançester Yunayted"lə anlaşmasa, "Yuventus" ispaniyalı əlcək sahibini mövsümün sonunda azad agent statusu ilə heyətinə qatmağa çalışacaq.

28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.


© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2020 17:54

Şamaxıda zəlzələ olub

ÇOX OXUNANLAR