İspaniya La Liqası: “Real Madrid” komandası öz meydanında xal itirib

25.08.2019 09:29

Futbol üzrə İspaniya La Liqasında ikinci turun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, çempionluğa iddialı "Real Madrid” doğma meydanda "Real Vallyadolid” komandasını qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Kərim Benzemanın qarşılaşmanın 82-ci dəqiqəsində vurduğu qola matçın sonuna yaxın Serci Quardiola (88) cavab verib.

Xatırladaq ki, ilk turda "Real Madrid” səfərdə Selta Viqo”nu (3:1), "Real Vallyadolid” isə "Real Betis”i məğlub edib (2:1).

Turun digər oyunları avqustun 25-26-da keçiriləcək. Paytaxt təmsilçisinin əzəli rəqibi "Barselona” avqustun 25-də səfərdə "Real Betis” komandası ilə üz-üzə gələcək.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR