“Bavariya” futbolçusunu Fransa klubuna satıb

24.08.2019 13:11

Portuqaliya milli komandasının futbolçusu Renatu Sançes Almaniyanın "Bavariya” klubunu tərk edib.

Yarımmüdafiəçi Fransanın "Lill” komandasına keçib.

R.Sançes yeni klubu ilə 4 illik müqavilə imzalayıb. O, 2023-cü ilə qədər "Lill”in uğurları üçün çalışacaq. "Bavariya” bu transferdən 15 milyon avro qazanıb. Məbləğ bonuslar hesabına arta da bilər. Düzdür, neçə vaxtdır davam edən danışıqlar zamanı almaniyalılar 25 milyondan az qazanmamaqda israrlı idi. Lakin sonda tərəflər daha aşağı qiymətə razılıq əldə edə biliblər.

© xezerxeber.az


94 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR