"Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır

23.08.2019 15:13

"Liverpul" futbol klubu İngiltərə Premyer Liqası tarixində rekord sayılacaq sponsor müqaviləsini imzalamaq ərəfəsindədir.

Bu barədə"The Sun" yazır.

"Qırmızılar" idman ləvazimatları istehsal edən "Nike"şirkəti ilə sazişimzalamağa hazırlaşır.

Razılaşmanın dəyəri "Mançester Yunayted"in "Adidas"la bağladığı və ilə82 milyon avro qazandıranmüqavilədən daha böyük olacaq.

Hazırda "Liverpul" "New Balance" şirkəti ilə əməkdaşlıq edərək 50 milyon avroya yaxın pul alır. Komandasponsorunu gələn mövsümdən dəyişməyi planlaşdırır.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR