"Real" yeni transferini icarəyə verdi

23.08.2019 10:53

İspaniyanın "Real" klubu yeni transferiTakefusa Kubonu icarəyə verib.

18 yaşlı hücumçu La Liqa təmsilçisi "Malyorka"ya keçib. Klub saytının məlumatına görə, yaponiyalı futbolçu ilə bir illik müqavilə imzalanıb.

"Yapon Messi" ləqəbli futbolçu 2011-2015-ci illərdə "Barselona" akademiyasında oynayıb. O, peşəkar karyerasına "Tokyo" klubunda başlayıb. Kubo Yaponiya klubunda 30 oyuna 6 qol vurub.Yaponiya yığmasında bir oyun keçirən futbolçu "Real"a 2 milyon avro qarşılığında transfer olub və 6 illik müqavilə bağlayıb.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR