Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib - NƏTİCƏLƏR

19.08.2019 09:28

Avqustun 18-də futbol üzrə Fransa çempionatında ikinci turun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, ötən mövzumun çempionu "Paris Sen-Jermen” səfərdə "Renn” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı 36-ci dəqiqədə "Paris Sen-Jemen” Edison Kavaninin sayəsində açsa da, ardıcıl iki qol buraxan paytaxt təmsilçisi yeni mövsümün ikinci turunda məğlubiyyətlə üzləşib. Meydan sahiblərinin heyətində Mbaye Niyanq (44) və Romain Del Kostillo (48) fərqlənməyə nail olublar.

Qeyd edək ki, "Paris Sen-Jermen” birinci turda "Nimes” klubunu məğlub etmişdi (3:0).

Növbəti turda "Paris Sen-Jemen” doğma meydanda "Tuluza” klubunu qəbul edəcək, "Renn” isə səfərdə "Strasburq”un qonağı olacaq.

Üçüncü turun görüşləri avqustun 24, 25, 27 və 29-da keçiriləcək.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR