Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Linfild”-“Qarabağ” oyununun hakimləri müəyyənləşib

18.08.2019 15:37

Şimali İrlandiyada "Linfild” və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının "pley-off” matçının bütün hakimləri müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, avqustun 22-də Belfastdakı "Windsor Park”da təşkil olunacaq qarşılaşma isveçrəli hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Sandro Sxarer olacaq. Ona Stefan De Almeyda və Bekim Zoqay kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Fedayi San yerinə yetirəcək. Hakim-inspektor Vlado Svilokos (Xorvatiya), UEFA nümayəndəsi isə Mikael Zaltser (İsveç) olacaq.

Qeyd edək ki, cavab görüşü avqustun 29-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

© xezerxeber.az


358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR