Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Messinin rekordu təkrarlanıb, "Barselona" son 11 ildə ilklə üzləşib

17.08.2019 10:25

"Barselona” klubu son 11 ildə ilk dəfə İspaniya çempionatına qələbəsiz başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, son çempion La Liqanın ilk turunda "Atletik”lə səfər matçında uduzub.

Ernesto Valverdenin yetirmələri 0:1 hesablı məğlubiyyətlə üzləşib. Bunadək son 10 mövsümdə Kataloniya futbolçuları startda qalib gəlirdilər. "Barselona” ilk turdakı son xal itkisi ilə 2008-ci ildə üzləşib. Həmin vaxt "Numansiya” adlı-sanlı rəqibini 1:0 hesabı ilə yenib.

"Atletik”in qələbə qolunu vuran Atits Aduris isə rekorda imza atıb. O, İspaniya çempionatları tarixinin Lionel Messiyə məxsus rekordunu təkrarlayıb. A.Aduris ardıcıl 15-ci mövsümdə qol sevinci yaşayıb.

2005/06 mövsümündən başlayaraq La Liqada hər çempionatda ən azı bir dəfə rəqib qapısına yol tapan hücumçu argentinalı ilə şərikdir. Lakin ilk turu zədə səbəbindən buraxan L.Messi 16-cı mövsümündə qol vurmaqla rekordu yeniləmək imkanına da malikdir.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR