"Grand Prix 2019": Şəhriyar Məmmədyarov Uesli So ilə yenidən üz-üzə gələcək

19.07.2019 15:27

Riqada FIDE və "World Chess" şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019" seriyasının ikinci mərhələsinin yarımfinalında cavab oyunları keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Uesli Sonu yenidən sınağa çəkəcək. Yarımfinalın cavab oyunlarında, həmçinin Maksim Vaşe-Laqrav (Fransa) Aleksandr Qrişukla (Rusiya) mübarizə aparacaq.

Qeyd edək ki, şahmatçımız yarımfinalın ilk qarşılaşmasında U.Sonu məğlub edib. Təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR