“Qarabağ” Donald Geryeylə yollarını ayırıb

16.07.2019 14:29

Ağdamın "Qarabağ" klubu futbolçu Donald Geryeylə yollarını ayırıb.

Xezerxeber.az-ın məlumatına görə, klub rəhbərliyi haitili müdafiəçi ilə yollar ayrılmaq qərarı verib.

Buna legionerin razılaşdırılmış vaxtdan sonra kluba qayıtmaması və təlim-məşq toplanışı ilə yanaşı, Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"ylə görüşdə iştirak etməməsi səbəb olub.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR