“Partizani” - “Qarabağ” oyununda qapılara qol vurulmayıb

11.07.2019 09:00

İyulun 10-da keçirilən UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Partizani” - "Qarabağ” oyununun birinci hissəsi 0-0 hesabı ilə başa çatıb.

Xezerxeber.az xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 27-ci dəqiqəsində "Qarabağ” hesabı açmağa yaxın olsa da, Filip Ozoviçin vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk edib.

Oyunun ikinci hissəsində də tərəflər fərqlənə bilməyib və oyun 0-0 hesabı ilə yekunlaşıb.

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR