“Barselona” Malkoma 40 milyon avro dəyərində transfer qiyməti qoyub

10.07.2019 22:10

İspaniyanın "Barselona” klubu ötən mövsümün əvvəlində Fransanın "Bordo” komandasından heyətinə cəlb etdiyi Malkomun transfer qiymətini müəyyənləşdirib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı futbolçunun transfer qiymətini 40 milyon avro olaraq müəyyən edib. Klubun ehtiyat futbolçular heyətində yer alan Malkomla İngiltərənin "Arsenal”, "Everton” və "Tottenhem” klubları yaxından maraqlanır.

Qeyd edək ki, braziliyalı futbolçu "Barselona”nın heyətində keçirdiyi 24 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR