"Real" Edeqoru yenidən icarəyə verdi

06.07.2019 17:34

"Real" yarımmüdafiəçisi Martin Edeqoru icarəyəyə göndərib.

"Kral klubu" Norveç millisinin üzvünü La Liqanın digər təmsilçisi "Real Sosyedad"a icarəyə verib. Klub saytının məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

"Real" Edeqoru 2015-ci ildə transfer edib. Gənc futbolçu daha öncə Hollandiyanın "Herenven" və "Vitess" klublarına icarəyə verilib.

© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR