"Everton" "Barselona"nın futbolçusunu transfer etdi

26.06.2019 16:46

"Everton" ötən mövsüm "Barselona"dan icarəyə götürdüyü Andre Qomeşin transfer hüququna yiyələnib.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Liverpul təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün 25 milyon avro təzminat ödəyib.

Portuqaliya millisinin üzvü ötən mövsüm "Everton"da 29 oyuna 1 qol vurub, 2 assist edib.

"Barselona" Andre Qomeşi 2016-cı ildə "Valensiya"dan 35 milyon avroya transfer etmişdi.

© xezerxeber.az


233 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR