Çempionlar Liqası: yeni mövsüm start götürdü

26.06.2019 16:09

Çempionlar Liqasında2019/20 mövsümünə start verilib. İlkin mərhələnin yarımfinal oyunları keçirilib.

Andorranın"Santa Koloma” klubu San Marino"Tre Penne”sinə 1:0 hesabı ilə qalib gəlib və finala yüksəlib.

Kosovo təmsilçisi"Feronikeli” isə eyni hesabla Cəbəllütariqin "Linkoln” klubundan üstün olub.

"Feronikeli” və"Santa Koloma” ÇL-ini I təsnifat mərhələsinə vəsiqə qazanmaq uğrunda final görüşü keçirəcək.

"Tre Penne” və"Linkoln”isəAvropa Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR