"Derbi"dən açıqlama: Lempard "Çelsi"ylə danışıqlara başladı

25.06.2019 17:52

İngiltərənin Çempionşip təmsilçisi "Derbi" baş məşqçisi Frenk Lempardın Premyer Liqada çıxış edən "Çelsi"ylə danışıqlara başladığını açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, aşağı liqa təmsilçisi41 yaşlı mütəxəssisə "zadəganlar"la danışıqlar aparmağa icazə verib.

İngiltərə mətbuatı Lempardın "Çelsi"ylə üç illik müqavilə bağlayacağını yazıb. London klubu "Derbi"yə 4,5 milyon avro təzminat ödəyəcək. O, bu vəzifədə italiyalı mütəxəssis Mauritsio Sarrini əvəz edəcək.

Codi Morris,Kris Cons, Klod Makelele vəCo EdvardsLempardın məşqçi kollektivində çalışacaq.

Qeyd edək ki, İngiltərə millisinin sabiq futbolçusu 2001-2014-cü illərdə "Çelsi"də çıxış edib.

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR