Qətər DÇ-yə ev sahibliyindən məhrum edilə bilər - İDDİA

20.06.2019 16:08

Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatınaev sahibliyindən məhrum edilə bilər.

"RenTV” nin məlumatına əsasən, bu barədə Argentina mətbuatı yazır.

İddiaya görə, FIFA turniri başqa ölkəyə həvalə etməyi planlaşdırır.Çempionatın ev sahibliyinin Cənubi Amerika ölkələrindən birinə həvalə olunacağı istisna edilmir.

Qeyd edək ki, bir müddət əvvəl 2022 FIFA Dünya Kubokunun ev sahibinin müəyyən edilməsi üçün keçirilmiş səsvermədə səslərin satılması ilə bağlı xəbər yayılıb.

Fransada istintaqla əlaqədarkeçmiş UEFA prezidenti Mişel Platini saxlanılsada, sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.Təhqiqatçılar korrupsiya sxemində onun da iştirak etdiyini ehtimal edir.

Korrupsiya faktı təsdiqlənsə, Qətər futbol üzrə dünya çempionatı ev sahibliyindən məhrum edilmiş ilk ölkə kimi tarixə düşə bilər.Bu baş versə, ölkəyə 10 milyarddan çox ziyanın dəyəcəyi təxmin edilir.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR