Platini sərbəst buraxıldı

19.06.2019 13:39

Dünən Parisdə saxlanılan UEFA-nın sabiq prezidenti Mişel Platini azadlığa buraxılıb.

O, DÇ-2022-nin ev sahibliyinin rüşvətlə Qətərə verilməsi məsələsinə görə polisə ifadə verib.

Fransa rəsmiləri ona qarşı rəsmi ittiham irəli sürməyiblər. Platini ifadə verdikdən sonra sərbəst buraxılıb.

O, jurnalistlərə açıqlamasında "EURO 2016”, DÇ-2018, PSJ və FİFA barəsində suallara cavab verdiyini söyləyib.

Xatırladaq ki, haqqında istintaq aparılan hadisə 2010-cu ildə baş verib. İdialara görə, həmin vaxt sabiq Fransa prezidenti Nikola Sarkozi, onun müşaviri Klod Qant, Qətər əmiri və Platini naharda görüşüblər və 202-ci il dünya çempionatının Qətərə verilməsi üçün razılığa gəliblər. Qətər isə bunun qarşılığında Fransa ilə ticarət müqaviləli imzalayacağını vəd edib.

Qeyd edək ki, M.Platini 2007-ci ildə UEFA prezidenti seçilib. 2015-ci il oktyabrın 8-də fransalı vəzifəsindən 90 günlük kənarlaşdırılıb. Həmin ilin dekabrında isə M.Platini 8 illik diskvalifikasiya alsa da, 2016-cı ilin mayında bu müddət 4 ilə endirilib.

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR