Argentinanın futbol əfsanəsi: “Hətta Tonqa da bizi udar”

19.06.2019 13:01

Argentina milli komandası Braziliyada keçirilən Amerika Kubokuna məğlubiyyətlə başlayıb. Lionel Messinin lideri olduğu yığma kollektiv Kolumbiyaya 0:2 hesabı ilə məğlub olub.

Argentinalı başqa bir futbol əfsanəsi Dieqo Maradona məğlubiyyətdən çox sarsıldığını deyib. O, "hətta Tonqa da bizi udar” cümləsini işlədib.

Kolumbiya Argentinanı 12 ildir məğlub edə bilmirdi. Argentinalıların gənc baş məşqçisi Lionel Skaloni bəxtsizlikdən gileylənib. Messi isə hər şeydən əvvəl ot örtüyünün keyfiyyətsizliyini deyib.

Skaloni də meydançadan razı qalmayıb: "Bu hələ birinci oyundur. Görün üç oyundan sonra ot örtüyü nə vəziyyətə qalacaq”.

Baş məşqçi Messinin oyunu haqda yaxşı fikir söyləyib. Futbol ulduzu da bir o qədər bədbinliyə qapılmayıb. Paraqvayı məğlub edib özlərinə gələcəklərini deyib. Buna baxmayaraq, Messi Argentina milli komandasını turnirin favoriti saymır.

Maradona hesab edir ki, milli komandanın məsuliyyətini hiss etmək lazımdır. Futbol əfsanəsi Skaloni ilə bağlı da bədbindir: "O, bizi yalnız moto yarışlar üzrə dünya çempionatının finalına çıxara bilər”.

Messinin milli komandadakı vəziyyəti də yaxşı deyil. Onu azarkeşlər çox tənqid edir. İndiyə qədər yalnız olimpiya oyunlarının qızılını görən Messidən çox şey gözləyirlər.

© xezerxeber.az


215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR