Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

David Neresden Premyer Liqa klublarına açıq qapı

16.06.2019 17:52

"Ayaks"ın hücumçusu David Neres açıqlama verib.

Braziliyalı futbolçu İngiltərə Premyer Liqasında oynamaq istədiyini deyib:

"Fikrimi meydandakı oyunuma cəmləmişəm. Transferlə bağlı düşünmürəm, bununla agentim məşğul olur. Ancaq Premyer Liqada oynamaq fikri xoşdur. Dünyanın ən yaxşı çempionatından bəhs edirik. Orada həmişə oynamaq istəyərəm".

"Ayaks" "Çelsi", "Arsenal" və "Atletiko"nun hədəfində olan 22 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir. Neresin Amsterdam klubu ilə müqaviləsi 2022-ci ildə baş çatacaq. Braziliya millisinin üzvü ötən mövsüm 50 oyuna 12 qol vurub, 15 assist edib.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR