İlkay Gündoğan "Mançester Siti"dəki gələcəyindən danışdı

13.06.2019 15:46

"Mançester Siti"nin Türkiyə əslli almaniyalı futbolçusu İlkay Gündoğangələcək karyerası ilə bağlı danışıb.

28 yaşlı yarımmüdafiəçi klubla müqaviləni uzatmaq üçün danışıqlara başlayacağını deyib:

"Mançester Siti" ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayacağıq. Əlbəttə, müqaviləni uzatmaq istəyirəm. Burdan ayrılmaq istədiyimi dəqiq deyə bilmərəm. Klub da qalmağımı istəyir".

Gündoğanın "şəhərlərlilər" müqaviləsi 2020-ci ilin yayında başa çatır. O, ötən mövsüm 50 oyuna 6 qol vurub, 8 assist edib.

© xezerxeber.az

FOTOQALERIYA






221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR