Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Ən çox qazanan idmançılar - SİYAHI

12.06.2019 13:54

Dünyanın ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.

"Forbes” jurnalının tərtib etdiyi cədvəldə 2018-ci il iyunun 1-dən 2019-cu il iyunun 1-dək olan müddətdəki qazanclar nəzərə alınıb.

İdmançıların bir il ərzindən müqavilədən, yarışlardakı mükafatlardan, həmçinin sponsor müqavilələrindən əldə etdiyi gəlirlər hesablanıb. 100 ən çox qazanan atlet ümumilikdə 4 milyard dollar əldə edib.
Siyahıya İspaniyanın "Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi başçılıq edir. O, son 1 ildə 127 milyon dollar qazanıb. İkinci pillədə portuqaliyalı futbolçu Kriştianu Ronaldo qərarlaşıb. İtaliya "Yuventus”un hücumçusunun qazancı 107 milyon dollar olub. İlk "üçlüy”ü Braziliya millisinin futbolçusu Neymar qapayıb. Fransanın PSJ klubunda oynayan "sambaçı” ili 105 milyon gəlirlə başa vurub.

Ən çox qazanan idmançıların "Top-10”u belədir
1. Lionel Messi (Argentina, futbol) – 127 milyon dollar
2. Kriştianu Ronaldo (Portuqaliya, futbol) – 107
3. Neymar (Braziliya, futbol) – 105
4. Kanelo Alvares (Meksika, boks) – 94
5. Rocer Federer (İsveçrə, tennis) – 93,4
6. Rassell Uilson (ABŞ, amerika futbolu) – 89,5
7. Aaron Rocers (ABŞ, amerika futbolu) – 89,3
8. Lebron Ceyms (ABŞ, basketbol) – 89
9. Stefen Karri (ABŞ, basketbol) – 79,8
10. Kevin Dyurant (ABŞ, basketbol) - 65,4

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR