Yakub Jezniçakın yeni klubu məlum oldu

12.06.2019 11:49

"Qarabağ"dan ayrılan polşalı futbolçu Yakub Jezniçakın yeni klubu bəlli olub.

32 yaşlı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Təcrübəli oyunçu Ploçk şəhərini təmsil edən "Visla" klubuna keçib. Klub saytının məlumatına görə, Jezniçaklailə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli formada çıxış edəcək.

"Visla" ötən mövsüm Ekstraklasını 14-cü sırada başa vurub.

Jezniçak 2017-ci ildə "Qarabağ"a "Legiya"dan keçmişdi. O, Ağdam klubunda 46 oyun keçirib.

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR