Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

11.06.2019 15:40

Çempionlar Liqasında 2019/20 mövsümünün ilk püşkü atılıb.

XəzərXəbər xəbər verir ki, turnirin ilkin mərhələnin püşkatma mərasimi keçirilib.

Qitənin ən zəif reytinqli 4 çempionatının qalibi iki cütlük təşkil edib. Bu mərhələdə yarımfinalın iki oyunu və final matçı Kosovonun Priştina şəhərində keçiriləcək.

Yarımfinal görüşləri iyunun 25-də baş tutacaq. Qaliblər 3 gün sonra finalda üz-üzə gələcək və mərhələnin çempionu I təsnifat mərhələsinə vəsiqə qazanacaq. Digər 3 komanda isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Çempionlar Liqası
İlkin mərhələ
Yarımfinal

25 iyun
Feronikeli (Kosovo) - Linkoln (Cəbəllütariq)
Tre Penne (San-Marino) - Santa Koloma (Andorra)

© xezerxeber.az


256 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR