"Real"dan ikinci "bomba": 211 milyon avro dəyərində təklif

11.06.2019 12:59

2018/19 mövsümündə qatıldığı bütün turnirlərdə uğursuz çıxış edən "Real" transfer baxarında fəallığı ilə seçilir.

Eden Hazard (100 milyon), Luka Yoviç (60 milyon), Eder Militao (50 milyon) və Rodriqonun (45 milyon) transferinə 255 milyon avro xərcləyən "Kral Klubu"nun növbəti hədəfi "Mançester Yunayted"in ulduzu Paul Poqbadı.

İngiltərə mətbuatının məlumatına görə, "Real" fransalı ulduz üçün "Mançester Yunayted"ə Qaret Beyl, Xames Rodriges və İskonu təklif etməyə hazırlaşır. Madrid klubu Beyli 101, Rodrigesi 75, İskonu 35 milyon avroya (cəmi 211 milyon avro) heyətinə qatmışdı.

Fanat.Az

© xezerxeber.az


293 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR