Dünyanın ən bahalı futbolçusu “Real”a keçmək istəyir

10.06.2019 15:43

Dünyanın ən bahalı futbolçusu sayılan Kilian Mbappe daha PSJ-də oynamaq istəmir.

Fransa milli komandasının heyətində dünya çempionu olan hücumçu Paris klubunun rəhbərliyinə yayda buranı tərk etmək istədiyini bildirib.

Mbappe "Real” haqda düşünür. Dünyanın ən bahalı futbolçusu Madrid klubuna keçmək istəyir. Elə "Real”ın baş məşqçisi Zinəddin Zidan da Mbappeni heyətinə cəlb etməyin əleyhinə deyil. Sadəcə, transfer qiyməti yüksəkdir. Mbappeni heyətə cəlb etmək üçün 230 milyon avro ödəmək lazımdır.

Mbappe bu mövsüm klub çərçivəsində keçirdiyi 43 oyunda 39 qol vurub. Hücumçu daha 17 topun vurulmasında pay sahibi olub./Bizimyol.info

© xezerxeber.az


213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR