Dünyanın ən qiymətli futbolçusu kimdir?

10.06.2019 15:10

Business Insider dünyanın ən qiymətli futbolçularının siyahısını hazırlayıb.

Siyahıya fransalı futbolçu, "Pari Sen-Jermen"in forvardı Kilian Mbappe başçılıq edib. Ekspertlər onu 229 milyon avro məbləğində dəyərləndiriblər.

İkinci yerdə onunla eyni klubda oynayan braziliyalı Neymar (206 milyon avro) qərarlaşıb. Agrentinalı Lionel Messi isə 183 milyon avro ilə üçüncü yerdə qərarlaşıb. "Yuventus"un forvardı Kriştianu Ronaldu 21 nəfərin arasında 19-cu olub. Onun dəyəri isə 103 milyon avro təşkil edib.

Qeyd edək ki, Mbappe "Pari Sen-Jermen"də 29 oyun keçirib və 33 qol vurmaqla Fransa çempionatının ən yaxşı bombardiri elan edilib.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR