Əmrə komanda yoldaşları ilə vidalaşdı - "Fənərbaxça" ilə anlaşıb

24.05.2019 16:39

"Fənərbaxça"nın prezidenti Ali Koç ötən gün "Başakşəhər"in kapitanı Əmrə Belözoğlu ilə görüşüb.

XəzərXəbər sportal.az-a istinadən xəbər verir ki, klub rəhbəri 38 yaşlı yarımmüdafiəçiyə 1 illik müqavilə təklif edib. Görüşdə karyerasını başa vurduqdan sonra Əmrəyə vəzifə təklif olunacağı da bildirilib.

Əmrə sabiq klubunun təklifini qəbul edib və tərəflər anlaşıblar.

Məlumata görə, Əmrə"Başakşəhər"in Super Liqadakı son matçını zədəyə görə buraxmalı olacaq. Təcrübəli futbolçu bu səbəbdən komanda yoldaşları ilə vidalaşıb.

Sentyabrda 39 yaşı tamam olacaq Əmrə 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildən "Başakşəhər"in uğurları üçün çalışır.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR