"Arsenal"ın transfer siyahısı: kimlər gəlir, kimlər gedir?

22.05.2019 15:25

Avropa Liqasının finalına çıxan "Arsenal" bu yay heyətində ciddi diyişikliklər edəcək.

XəzərXəbər xəbər verir ki, baş məşqçi Unay Emeri bütün mövqelərə yeni oyunçuların alınmasını istəyir. Komandakı Avropa Liqasının Bakıdakı finalının qalibi olacağı halda transfer büdcəsi 75-100, əks tədqirdə 40-45 milyon funt-sterlinq olacaq. Satılan futbolçulardan gələn vəsait də bura əlavə olunacaq.

"Goal.com"un "Arsenal" müxbiri Çarles Vatts London klubunun transfer siyahısındakı futbolçuların siyahısını dərc edib. Onun sözlərinə görə, "topçular" bu yay müdafiə xəttinə "Sent-Etyenn"dən Uilyam Salibanı, yarımmüdafiə xəttinə PSJ-dən Kristoper Nkunku və Adrien Rabiotu transfer etmək istəyir.

Braziliyanın "İtuano" klubundan gənc hücumçu Qabirel Martinellinin transferini 6 milyon avroya razılaşdıran "Arsenal" ön xəttə daha bir futbolçu transfer etmək niyyətindədi. London klubu "Lill"dən Nikolas Pepe, "Kristal Palas"dan Vilfrid Zaha, "Renn"dən İsmaila Sarr və "Genk"dən Leandro Trossardı transfer siyahısına salıb. Bu 4 futbolçudan ən azı biri heyətə qatılacaq.

"Arsenal"ın yollarını ayıracağı futbolçulara gəlincə, Şkodran Mustafi, Karl Cenkinson və Stepan Lixtşteyner komandanı tərk edəcək. "Arsenal" həmçinin Məsut Özil, Henrix Mxitaryan və Məhəmməd Elnenini satmaq istəyir. Naço Monreal və Kalum Çambers isə yaxşı təklif gələcəyi halda satılacaq.

Qeyd edək ki, qapıçı Petr Çex karyerasını bitirəcək, Aaron Remzi isə bir müddət əvvəl "Yuventus"la rəsmi anlaşma əldə edib.

Fanat.Az

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR