Van Bommel Kovaçı əvəzləyəcək?

18.05.2019 12:47

Almaniyanın "Bayern" klubu baş məşqçisi Niko Kovaçla yolları ayırmağa hazırlaşır.

XəzərXəbər "Goal"a istinadən xəbər verir ki, Münhen klubu baş məşqçi postuna PSV-nin çalışdırıcısıMark van Bommeli düşünür.

Van Bommel 2006-2011-ci illərdə "Bayern"də futbolçu kimi çıxış edib. O, ötən ildən PSV-ni çalışdırır və komandaya cari mövsüm Erediviziyada gümüş medal qazandırıb.

Bundesliqa təmsilçisi mövsüm bitdikdən sonra Kovaçla yolları ayıracaq və yeni baş məşqçisinin adını açıqlayacaq.

"Bayern" Bundesliqada çempionluğun bir addımlığındadır. Bundan əlavə, Kovaçın komandası ölkə kubokunun finalına yüksəlib.

© xezerxeber.az


225 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR