Dibalanın gələcəyindən danışdı: "Yuventus"dan ayrılmaq ehtimalı yüksəkdir"

16.05.2019 14:59

"Yuventus"dan ayrılacağı ilə bağlı iddialar dolaşan Paulo Dibalanın gələcəyi barədə qardaşı Qustavo açıqlama verib.

Argentina radiosuna danışan Qustavo Dibalanın Turin klubundan ayrılmaq ehtimalının yüksək olduğunu bildirib:

"Paulonun "Yuventus"dan ayrılmaq ehtimalı olduqca yüksəkdir. Dəyişikliyə ehtiyacı var. Hara gedəcəyini söyləyə bilmərəm, amma "Yuventus"da xoşbəxt deyil. Tək Dibala deyil, bir neçə futbolçu klubda bəzi şeylərdən narahatdır. Yayda "Yuventus"dan ayrılacaq futbolçu tək Dibala olmayacaq. Kriştiano Ronaldo möhtəşəm insandır və Dibala ilə əla münasibəti var. Onların arasında problem baş verməyib".

25 yaşlı hücumçunun "Yuventus"la müqaviləsi 2022-ci ilə qədərdir. Argentina millisinin üzvü bu mövsüm 40 oyuna 10 qol vurub, 6 assist edib.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR