Slaven Biliç üçün "Seltik" iddiası

16.05.2019 11:18

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"dan ayrılan xorvatiyalı baş məşqçi Slaven Biliçlə bağlı yeni iddia yayılıb.

XəzərXəbər "BBC sports"a istinadən xəbər verir ki, Şotlandiyanın "Seltik" klubu 50 yaşlı mütəxəssisi komandanın "sükanı arxası"na gətirməyi düşünür. Brendan Rocersin ayrılığından sonra baş məşqçi postunu Neil Lennona həvalə edən Qlazqo klubu yeni mövsümə Biliçlə başlamaq fikrindədir.

Biliç "Lokomotiv" (Moskva), "Beşiktaş", "Vest Hem" kimi klubları çalışdırıb. O, 2006-2012-ci illərdə Xorvatiya yığmasına rəhbərlik edib.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR