Qvardiola: "Klopp inanılmaz rəqib idi"

15.05.2019 13:25

2018/19 mövsümünün yekunlarına əsasən İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilən Xosep Qvardiola açıqlama verib.

Ötən mövsüm olduğu kimi, yenə mükafata sahib çıxan ispaniyalı belə deyib:

"Bu mükafatı almaq mənim üçün böyük şərəfdi. Həm uğurumuzun memarı olan futbolçuların, həm də mövsümü çempionluqla başa vuran "Mançester Siti”nin məşqçilər korpusunun dəstəyi sayəsində belə şərəfə layiq görüldüm. Mövsüm boyu İngiltərə Premyer Liqasında çalışan digər mütəxəssislərlə, xüsusilə, Yürgen Kloppla mübarizə apardıq. Klopp inanılmaz rəqib idi. Hər birinə qarşı oynamaq xoş idi. Ümid edirəm ki, gələcəkdə də böyük mübarizələrdə möhtəşəm zəfərlər qazanacağıq”.

Xatırladaq ki, Qvardiolanın çalışdırdığı "şəhərlilər” 98 xal toplayaraq çempion olub. Mançester təmsilçisi Klopplu "Liverpul”u 1 xal qabaqlayıb.

Fanat.Az

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR