"Real" 16 yaşlı yeniyetməni 16 milyona alır

15.05.2019 13:20

"Lion"un hücumçusu Rayan Çerki karyerasını "Real"ın akademiyasında davam etdirə bilər.

Madridlilər 16 yaşlı futbolçunun keçidində maraqlıdı.

Madridlilər bu transferə görə qarşı tərəfə 12 milyon avro ödəməyə hazırdı. Yeganə problem yeniyetmə oyunçu ilə "Milan" və "Çelsi"nin də maraqlanmasıdı. Avqustun 17-də 16 yaşı tamam olacaq Çerki həmin gündən sonra FİFA qaydalarına uyğun Avropa Birliyi ölkələrindən birinə keçmək hüququna malik olacaq.

Qeyd edək ki, Rayan Çerki Fransanın U-16 yığmasının üzvüdü.

Fanat.Az

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR