"Neftçi" baş məşqçisi ilə yollarını ayırır

15.05.2019 12:54

"Neftçi"nin baş məşqçisi Roberto Bordin mövsümün sonunda klubdan ayrılacaq.

Bu iddia İtaliya mətbuatında yer alıb.

Xəbərə görə, 54 yaşlı mütəxəssis son mövsümlərdə çalışdırdığı komandalarda uğur qazandığına görə İtaliya klublarından da təklif ala bilər.

Qeyd edək ki, "Neftçi" bu mövsüm R.Bordinin rəhbərliyi altında ölkə çempionatını ikinci pillədə başa vurub və Avroliqaya vəsiqə qazanıb.

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR