"Real" Beyl üçün 120 milyon avroluq təklif aldı

14.05.2019 14:38

"Real"ın futbolçusu Qaret Beyl sürpriz təklif alıb.

Çin klubu uelsli ulduzun xidmətində maraqlıdı.

Adı açıqlanmayan komanda bunun üçün qarşı tərəfə astronomik məbləğ təklif edib. Belə ki, çinlilər "Real"a 120 milyon avro verməyə razıdı. Beylin özünə isə ilinə 30 milyon avroluq maaş təklifi olub. Futbolçunun xidmətində maraqlı olan digər komandalar "Tottenhem" və "Mançester Yunayted"in təklifi isə 80 milyon avrodu.

Qeyd edək ki, Qaret Beyl bu mövsüm La Liqada 8 qol, 3 assistlə yadda qalıb.

Fanat.Az

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR