19 ildən sonra "Roma"nı tərk edir

14.05.2019 11:55

İtaliyanın "Roma" klubu mövsümün sonunda kapitanı Daniele de Rossi ilə yolları ayıracaq.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu gün mətbuat konfransı keçirəcək. De Rossi karyerasını başa vurmayacaq. Onun Avropadan kənarda oynayacağı gözlənilir. Əfsanəvi futbolçu A Seriyasının 38-ci turunda "Parma" ilə ev matçında azarkeşlərlə vidalaşacaq.

De Rossi 2000-ci ildə "Roma"ya gəlib və 1 il sonra əsas komandaya yüksəlib. İtaliyalı futbolçu "canavarlar"da 615 oyun keçirib və bu klub tarixindəikinci ən yaxşı göstəricidir.

Təcrübəli futbolçu 2007 və 2008-ci illərdə "Roma" ilə İtaliya kubokunu qazanıb. O, 2007-ci ildə İtaliya Super kubokunun da qalibi olub.

© xezerxeber.az


71 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR