"Brayton"da Hyuton dönəmi başa çatdı

14.05.2019 11:05

İngiltərə Premyer Liqasında baş məşqçi istefası reallaşıb.

"Brayton" klubu baş məşqçisi Kris Hyutonla yolları ayırıb.

"Brayton" ötən mövsüm 60 yaşlı mütəxəssisin rəhbərliyi altında tarixində ilk dəfə Premyer Liqaya yüksəlmişdi. Komanda cari mövsümü 17-ci pillədə tamamlayıb və Premyer Liqada yerini qoruyub.

Hyuton 2014-cü ildən "Brayton"u çalışdırırdı.

© xezerxeber.az


201 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR