Arşavin: Bu, UEFA Avropa Liqası üçün çox gözəl final olacaq

14.05.2019 09:48

Mən əminəm ki, Bakı istər komandaları, istərsə də azarkeşləri mehribanlıqla qarşılayacaq və bu, UEFA Avropa Liqası üçün çox gözəl final olacaq.

XəzərXəbər xəbər verir ki, bu sözləri Azərtac-a məşhur futbolçu, Rusiyanın Əməkdar idman ustası Andrey Arşavin söyləyib.

O deyib: "Düşünürəm ki, uzaq məsafəyə uçuş komandaların yeganə çətinliyi olacaq. Qalanları heç nə ilə fərqlənmir. Bir ay əvvəl mən Bakıdakı stadionda oldum. Böyük müasir stadiondur. Söz verdilər ki, meydanın keyfiyyəti yüksək səviyyədə olacaq. Futbolçular üçün ən başlıcası da elə budur”.

Bakıda turistə lazım olan hər şeyin olduğunu vurğulayan futbolçu deyib: "Çox gözəl və təmiz şəhərdir, hər dəfə ora səfər edəndə daha yaraşıqlı olduğunu görürəm. Gözəl Xəzər, dadlı yeməklər.... Turistə lazım olan nə varsa, hamısı Bakıda var”.

Azərbaycan futbolundan danışan A.Arşavin "Qarabağ” klubunun oyununu fərqləndirərək qeyd edib: "Komandanın Çempionlar Liqasının qrup mərhələsinə çıxması Azərbaycan üçün böyük nailiyyətdir”.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR